Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında terrorçuların təslim olması ilə bağlı görüntülər yayıb.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter səhifəsində video paylaşılıb.
Bildirilib ki, İraqın şimalında havadan dəstəklə keçirilmiş əməliyyat nəticəsində 4 PKK terrorçusu Türkiyə ordusuna təslim olub. Həmçinin 4 ədəd "AK-47", 600 mərmi, 10 əl bombası, snayper binoklu, rabitə vasitəsi aşkar olunaraq müsadirə edilib.
"Terrorçular üçün qaçış yoxdur, tək çarə Türk ədalətinə təslim olmaqdır", - paylaşımda qeyd olunub.
1⃣Teröristler için kaçış yok, tek çare Türk adaletine teslim olmak!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 12, 2022
Komandolarımızın Irak’ın kuzeyinde düzenlediği hava destekli operasyonda kaçamayacaklarını anlayan 4 PKK’lı terörist işte böyle teslim oldu.//t.co/31TIGxDVsV#MSB pic.twitter.com/E0079rFequ