Modern.az

Türkiyə neft istehsalını 100 min barelə çatdıracaq

Türkiyə neft istehsalını 100 min barelə çatdıracaq

12 Dekabr 2022, 13:44

“Qara dənizdə kəşf etdiyimiz 540 milyard kubmetr qazla yeni dövrü başlatdıq”.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib.

 

“Daxildəki neft istehsalımızı gələn il 100 min barelə çatdırmağı hədəfləyirik. Qara dənizdə kəşf etdiyimiz 540 milyard kubmetr qazla yeni dövrü başlatdıq. Heç kimin köməyinə ehtiyac duymadan kəşfiyyat-axtarış işlərini özümüz gördük”, - Ərdoğan deyib.

 

O, bundan sonra da ölkənin iqtisadi inkişafı üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər