Modern.az

Ukraynaya hərbi yardım üçün əlavə 2 milyard avro ayrıldı 

Ukraynaya hərbi yardım üçün əlavə 2 milyard avro ayrıldı 

12 Dekabr 2022, 19:11

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri 2023-cü ildə Avropa Sülh Fonduna ayrılan maliyyənin 2 milyard avro artırılması barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Cozep Borrel məlumat verib.

 

Qeyd olunan Fondun vəsaiti Ukraynaya hərbi yardım göstərmək üçün nəzərdə tutulub. 2027-ci ilə qədər fondun maliyyə həcminin ümumi artımı 5,5 milyard avroya qədər olacaq. 

 

"Bu qərar bizə tərəfdaşlarımızın silahlı qüvvələrinə hərbi dəstəyi davam etdirməyə imkan verəcək", - Borrel bildirib.

 

Avropa Sülh Fondu Avropa Şurası tərəfindən 22 mart 2021-ci ildə yaradılıb. Fondun maliyyələşdirilməsi Aİ-yə üzv dövlətlərin yardımları hesabına həyata keçirilir. Hazırda Aİ fondunun vəsaitinin yarıdan çoxu Ukraynaya hərbi yardım üçün ayrılıb. 

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər