Avropa İttifaqının (Aİ) Moskvaya qarşı doqquzuncu sanksiyalar paketində Rusiyanın nüvə enerjisinə məhdudiyyətlər nəzərdə tutulmayıb.
Modern.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyerto bildirib.
O, 141 şəxsin sanksiyalara məruz qalacağını açıqlayıb.
“Biz mövcud vəziyyətə uyğun olaraq nüvə enerjisinin sanksiyalar paketinin bir hissəsi olmayacağına nail ola bildik”, - deyə nazir vurğulayıb.
Xatırladaq ki, bu gün, dekabrın 12-də Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi müzakirə olunub. KİV-in məlumatına görə, yeni paketə pilotsuz uçuş aparatlarının tədarükünə məhdudiyyətlər, mədən sənayesinə investisiya qoyuluşunun qadağan edilməsi və iki Rusiya bankının hesablarının dondurulması daxildir.
Akif İsmayılov