Rusiyanın işğal etdiyi Ukraynanın Xerson vilayətinə təyin etdiyi qubernator müavini Vitali Bulyukun avtomobili partladılıb.
Modern.az xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.
Skadovsk şəhərində avtomobilə qoyulmuş partlayıcının partlaması nəticəsində Bulyuk yaralanıb. O, Simferopoldakı xəstəxanalardan birində ağır vəziyyətdədir.
Avtomobilin sürücüsü yerindəcə ölüb. Hadisənin detalları dəqiqləşdirilir.
Akif İsmayılov