Modern.az

Kosovo Aİ-yə daxil olmağı planlaşdırır 

Kosovo Aİ-yə daxil olmağı planlaşdırır 

12 Dekabr 2022, 22:20

Dünyada qismən tanınan Kosovo hakimiyyəti 2022-ci ilin noyabrında Avropa İttifaqına (Aİ) üzvlük üçün ərizə hazırlayıb. Ölkə dekabrın 15-də ittifaqa daxil olmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Kosovo Radio və Televiziya qurumu məlumat yayıb.

 

Bildirilir ki, Kosovo əhalisinin 90%-dən çoxu təşkilata daxil olmağı dəstəkləyir.

 

Ərizəyə əsasən, Aİ-yə üzvlük respublika üçün strateji məqsəddir. Kosovo hakimiyyəti hesab edir ki, Aİ-yə daxil olmaq barədə qərarı respublikanın müstəqilliyini tanımayan ayrı-ayrı ölkələr deyil, təşkilatın özü verəcək.

 

Bu günə qədər Kosovonu 60-dan çox ölkə, o cümlədən Aİ üzvləri - İspaniya, Kipr, Yunanıstan, Slovakiya və Rumıniya tanımır.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər