Modern.az

Niderlandda türk əsilli qadın mer seçildi – ilk dəfə

Niderlandda türk əsilli qadın mer seçildi – ilk dəfə

13 Dekabr 2022, 09:16

Niderlandın Raysvik şəhərində mer seçilən türk əsilli qadın siyasətçi Huri Şahin and içərək vəzifəsinin icrasına başlayıb.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərindən olan 47 yaşlı H.Şahin Raysvik əhalisinə təşəkkür edib.

 

Ailəsinin 1960-cı illərdə işçi kimi Niderlanda miqrasiya etdiyini bildirən siyasətçi insanların ehtiyaclarının diqqət mərkəzində saxlanılacağını vurğulayıb.

 

“Niderlandda ilk türk mer olmağımla qürur duyuram”, - deyə Şahin bildirib.

 

Qeyd edək ki, Niderland parlamentində də türk əsilli ölkə vətəndaşları təmsil olunurlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər