Modern.az

Ermənistanın daxili işlər naziri kim olacaq... - FOTO

Ermənistanın daxili işlər naziri kim olacaq... - FOTO

13 Dekabr 2022, 10:08

Ermənistanda yaradılması planlaşdırılan yeni nazirlik – Daxili İşlər Nazirliyinin formalaşdırılması prosesi davam edir.

 

Modern.az xəbər verir ki, artıq “Joğovurd” qəzeti nazir postunu tutması ehtimal edilən namizədlər barədə yazıb.

 

Bu siyahıda hazırda Ermənistanın Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan, fövqəladə hallar naziri Armen Pambuxçyan, Ermənistan parlamentində hakim fraksiyanı təmsil edən deputat Armen Xaçatryan və Ermənistan Polisinin rəhbəri Vaqe Kazaryanın adları qeyd edilib.

 

Qəzetin mənbələrindən əldə etdiyi məlumata görə, Nikol Paşinyan daxili işlər naziri vəzifəsi üçün bu şəxslərdən birinin üzərində duracaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər