Ermənistan Polisinin keçmiş rəhbəri Vladimir Qasparyan adı yeni cinayət işində hallanır.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Belə ki, Qasparyan polis orqanlarının nəzdində fəaliyyət göstərən “Dinamo” idman cəmiyyətinin ərazilərini “hədiyyə etməkdə” ittiham edilir.
Söhbət idman cəmiyyətinin 5900 kvadrat metr sahəsindən gedir ki, bu sahədən 900 milyon erməni dramı (təxminən 2 milyon ABŞ dolları) gəlir əldə edilməsi ehtimal olunur.
Araşdırmalar nəticəsində məlum olub ki, həmin ərazilər “Dinamo” idman cəmiyyətinə yox, İrəvan şəhərindəki icmalardan birinə aiddir.
Bildirilib ki, cinayət işinin materialları Antikorrupsiya Komitəsinə göndərilib.
Qeyd edək ki, V.Qasparyanın və onun ailə üzvlərinin adları bundan əvvəl də müxtəlif cinayətlərdə hallanıb.