Modern.az

Türkiyə ordusu İraqda daha 8 terrorçunu məhv etdi

Türkiyə ordusu İraqda daha 8 terrorçunu məhv etdi

Dünya

13 Dekabr 2022, 11:38

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində məlumat yayıb.

 

Bildirilib ki, İraqın şimalındakı Metina bölgəsində təsbit olunmuş 8 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.

 

Əməliyyatın Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən gerçəkləşdirildiyi bildirilib.

 

“Türk Silahlı Qüvvələrimiz son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlara qərarlılıqla davam edəcək”, - nazirlik vurğulayıb.

 

“Axtar, tap, yox et!”, - deyə paylaşımda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər