Modern.az

Çin-Hindistan sərhədində gərginlik - Ordular hərəkətə keçdi

Çin-Hindistan sərhədində gərginlik - Ordular hərəkətə keçdi

13 Dekabr 2022, 11:48

Çin-Hindistan sərhədində gərginlik yaşanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Radcnat Sinqh tviter səhifəsində yazıb.

 

Bildirilib ki, Hindistanın Çinlə həmsərhəd olan Arunaçal-Pradeş ştatı ərazisində Çin ordusu Hindistan sərhədini keçməyə cəhd edib.

 

Məlumata görə, Hindistan hərbçiləri Çin ordusunun bu cəhdinin qarşısını alıb və qonşu ölkənin hərbçilərini öz ərazilərinə doğru geri çəkilməyə məcbur edib.

 

Ölən və ya yaralananlarla bağlı məlumat verilməyib.

 

Qeyd edək ki, böyük hissəsi dəqiqləşdirilməyən Çin-Hindistan sərhədlərində mütəmadi olaraq insidentlər yaşanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər