Modern.az

Kabildəki partlayışı İŞİD öz üzərinə götürdü

Kabildəki partlayışı İŞİD öz üzərinə götürdü

13 Dekabr 2022, 12:38

Dünən Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş terror aktının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirmiş, 18 nəfər isə yaralanıb.

 

Qeyd edək ki, dünən Kabildə xarici iş adamlarının, əsasən Çindən gələn biznesmenlərin qaldığı mehmanxananın yaxınlığında partlayış baş vermişdi. Taliban qruplaşmasının nümayəndələri naməlum şəxslərin mehmanxana sakinlərinə atəş açdığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?