Modern.az

“Bunlar doğru qərar verməyinizə kömək edəcək” – Podolyak

“Bunlar doğru qərar verməyinizə kömək edəcək” – Podolyak

13 Dekabr 2022, 12:44

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın işğalçılıq faktlarını bilməyin vacib olduğunu vurğulayıb.

 

Modern.az xəbər verir ki, Podolyak bu barədə tviter səhifəsində yazıb.

 

“Gəlin əsas faktları təsbit edək. İlk olaraq 2014-cü ildə Rusiya Ukrayna ərazilərinə hücum edərək Krım və Donbası ələ keçirdi. Donbas və Krım işğal altında olan Ukrayna torpaqlarıdır. Rusiya beynəlxalq hüququ pozaraq Ukraynaya yüzlərlə raketlə hücum edir. Bunları qəbul etmək doğru qərarlar verməyinizə kömək edəcək”, - deyə müşavir qeyd edib.

 

Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər