Modern.az

Çavuşoğlu türkmənistanlı həmkarı ilə görüşdü

Çavuşoğlu türkmənistanlı həmkarı ilə görüşdü

13 Dekabr 2022, 14:36

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistana səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və XİN başçısı Reşit Meredovla görüşüb.

 

Modern.az xəbər verir ki, Çavuşoğlu bu barədə tviter hesabında yazıb.

 

"Dost və qardaş Türkmənistanın xarici işlər naziri Reşit Meredovla Avazadakı Liderlər Zirvəsi ərəfəsində görüşdük. Nəqliyyat, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığımızı daha da irəliyə aparacaq addımları nəzərdən keçirdik", - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, görüş sabah Türkmənistanın Avaza şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının toplantısına hazırlıq məqsədilə keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər