Belarus prezidenti Aleksandr Lukaşenko ölkəyə yeni xarici işlər naziri təyin edib.
Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi "BELTA" agentliyi məlumat yayıb.
Sərəncama əsasən Sergey Aleynik Belarusun yeni XİN başçısı təyin olunub. 57 yaşlı diplomat 2009-2013-cü illərdə Belarus xarici işlər nazirinin birinci müavini vəzifəsini daşıyıb. O, həmçinin Belarusun Vatikanda, Böyük Britaniyada və İrlandiyada səfiri olub.
Qeyd edək ki, bundan əvvəl XİN başçısı postunu tutan Vladimir Makey 26 noyabrda dünyasını dəyişmişdi.