Rusiyanın ABŞ-ın San-Fransisko şəhərində keçiriləcək Asiya-Sakit okean Əməkdaşlıq Təşkilatının toplantısına qatılıb-qatılmayacağına aydınlıq gətirilib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko danışıb.
"İnanmıram ki, ABŞ tədbirə ev sahibliyi edən ölkə kimi öz öhdəliklərini yerinə yetirsin. Ancaq bu baş verərsə, biz toplantıda iştirak etməyə hazırıq. Əgər ABŞ Rusiyanı tədbirə dəvət edəcəksə, Rusiya bu tədbirə qatılacaq", - deyə Rudenko söyləyib.
Qeyd edək ki, Asiya-Sakit okean Əməkdaşlıq Təşkilatının toplantısının 2023-cü ilin əvvəllərində keçirilməsi nəzərdə tutulub.