Modern.az

Zelenski Şarl Mişelə təşəkkür etdi

Zelenski Şarl Mişelə təşəkkür etdi

13 Dekabr 2022, 16:56

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində yazıb.

 

“Sülh formulunun implementasiyasında Avropa İttifaqı və üzvlərinin rolu barədə müzakirələr apardıq. 18 milyard avroluq yeni maliyyə proqramına görə minnətdarlığımı çatdırdım. 9-cu sanksiya paketinin (Rusiyaya qarşı sanksiyalar nəzərdə tutulur) sürətli şəkildə təsdiqlənməsini məsləhət gördüm. Ukraynanın Avropa İttifaqına doğru atılan addımları da koordinasiya etdik”, - deyə Zelenski bildirib.

 

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər