Modern.az

Avropa parlamentində korrupsiya işi - 1.5 milyon avro...

Avropa parlamentində korrupsiya işi - 1.5 milyon avro...

13 Dekabr 2022, 18:43

Belçika polisi Avropa Parlamentində korrupsiya işi üzrə aparılan axtarışlar zamanı 1,5 milyon avro vəsaiti müsadirə edib. 

 

Modern.az xəbər verir ki, bu barədə Belçikanın “Le Sour” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin yazdığına görə, təkcə Brüsseldə Avropa Parlamentinin keçmiş deputatı Pyer Antonio Panzerinin evində aparılan axtarış zamanı polis təxminən 600 min avro ələ keçirib. Bundan əvvəl parlamentin vitse-prezidentinin evində axtarış zamanı da təxminən 600 min avro aşkarlanıb.

 

 

Dekabrın 9-da Avropa Parlamentinin vitse-prezidenti Eva Kaylinin həbsi ilə bağlı xəbər yayılıb. O, Avropa Parlamentinin bir neçə digər üzvü ilə birlikdə dünya çempionatı ərəfəsində bu ölkənin Avropadakı imicini yaxşılaşdırmaq müqabilində Qətərdən rüşvət almaqda ittiham olunur. 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər