ABŞ “Patriot” zenit-raket komplekslərinin Ukraynaya təhvil verilməsi üzrə işləri başa çatdırır.
Modern.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
Bildirilir ki, sistemlərin göndərilməsi Pentaqonun rəhbəri Lloyd Austin tərəfindən təsdiqlənməlidir. Onun bu barədə qərar verəcəyi gözlənilir.
CNN-in məlumatına görə, Ağ Ev bu həftə "Patriot" hava hücumundan müdafiə sistemlərinin təhvil veriləcəyini elan edə bilər. Neçə qurğunun Ukraynaya veriləcəyi hələlik məlum deyil.
Telekanal bildirir ki, “Patriot” hava hücumundan müdafiə sistemləri “mümkün qədər tez” Ukraynaya çatdırılacaq. Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları ABŞ ordusunun Almaniyadakı bazalarından birində onlardan istifadə üzrə təlim keçəcəklər.
Akif İsmayılov