Modern.az

Zaporojye AES ilə bağlı razılıq əldə edildi 

Zaporojye AES ilə bağlı razılıq əldə edildi 

13 Dekabr 2022, 23:45

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Parisdə Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Agentliyin sosial media hesabında məlumat yerləşdirilib.

 

2 saat davam edən görüşdə Zaporojye atom elektrik stansiyası (AES) ətrafında təhlükəsizlik zonasının yaradılmasına dair razılıq əldə edilib.

 

Qeyd edək ki, Ukraynada yerləşən Zaporojye stansiyası dəfələrlə atəşə tutulub. Stansiyanın ətrafında təhlükəsizlik bölgəsinin yaradılması təklif edilirdi.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər