Modern.az

İran və Rusiya birgə təyyarə istehsal etmək istəyir

İran və Rusiya birgə təyyarə istehsal etmək istəyir

13 Dekabr 2022, 23:53

İran və Rusiya aviasiya sahəsində əməkdaşlıq etmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə İranın sənaye, mədən və ticarət nazirinin müavini Mənuçöhr Manteqi bildirib.

 

O qeyd edib ki, iki ölkə təyyarələrin, helikopterlərin istehsalı və hava nəqliyyatına texniki qulluq üzrə birgə layihələr həyata keçirə bilər.

 

Nazir müavini vurğulayıb ki, 100-dən 150 nəfərə qədər tutumlu təyyarələrin, Ka-226 helikopterlərinin istehsalı sahəsində əməkdaşlıq istisna deyil.

 

Qeyd edək ki, Qərb ölkələri İranı Rusiyaya silah, o cümlədən pilotsuz uçuş aparatları verməkdə ittiham edir. İran Xarici İşlər Nazirliyi etiraf edib ki, Tehran Moskvaya “az miqdarda” pilotsuz uçuş aparatları tədarük edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər