ABŞ Konqresinə Çinin “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edən qanun layihəsi təqdim edilib.
Modern.az xəbər verir ki, qanun senator Marko Rubion tərəfindən hazırlanıb.
ABŞ Nümayəndələr Palatasının üzvləri Mayk Qallaqer və Raca Krişnamurti qanun layihəsinin sponsorlarıdır. Onlar hesab edirlər ki, layihə amerikalıları sosial şəbəkələr sahəsində bir sıra düşmən dövlətlərin təhlükəsindən qoruyacaq.
Qanunvericilər ABŞ-da “TikTok” sosial şəbəkəsindən istifadənin qadağan olunmasını təklif edirlər. Onların sözlərinə görə, Çin Kommunist Partiyası “TikTok”dan öz maraqları üçün istifadə edə bilər.