Modern.az

Rusiya Ukraynaya İran PUA-ları ilə hücum etdi

Rusiya Ukraynaya İran PUA-ları ilə hücum etdi

14 Dekabr 2022, 09:44

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə və vilayətinə İran istehsalı olan PUA-larla hücum edib.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.

 

Onun sözlərinə görə, şəhərdə partlayış da baş verib. Kiyev, Jitomir və Vinnits vilayətlərində də həyəcan siqnalı verilib.

 

Hələlik itki və dağıntılar barədə məlumat açıqlanmayıb.

 

Ukrayna Hərbi Hava Qüvvələri paytaxtın və vilayətin səmasında Rusiya ordusuna məxsus olan İran istehsalı 10 PUA-nı məhv edib.

 

Məlumata görə, PUA-ların hücum etdiyi Kiyev şəhərinin Şevçenko rayonunda 71 sənaye kompleksi yerləşir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər