Modern.az

Müdafiə naziri atalıq məzuniyyətinə ÇIXIR

Müdafiə naziri atalıq məzuniyyətinə ÇIXIR

14 Dekabr 2022, 11:08

Finlandiyanın müdafiə naziri Antti Kaikkonnen atalıq məzuniyyətinə çıxacaq.

 

Modern.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.

 

O, məzuniyyətin iki ay davam edəcəyini bildirib. Kaikkonne yanvar və fevral aylarında onu nazir postunda başqasının əvəzləyəcəyini qeyd edib.

 

“Bu müddət ərzində ölkənin təhlükəsizliyi və müdafiəsi əmin əllərdə olacaq. İki aylıq atalıq məzuniyyətinə çıxıram. Uşaqlar çox kiçik olacaqlar və mən bu xatirələri sadəcə şəkillərdə xatırlamaq istəmirəm”, - deyə nazir bildirib.

 

Qeyd edək ki, Finlandiya qanunvericiliyində övladı dünyaya gələn hər iki valideynə məzuniyyət hüququ təsbit olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər