Modern.az

Türkmənistan qazı Qərb bazarlarına çıxarılmaldır - Ərdoğan

Türkmənistan qazı Qərb bazarlarına çıxarılmaldır - Ərdoğan

14 Dekabr 2022, 13:30

“Biz Türkmənistan və Azərbaycandan ölkəmizə elektrik enerjisinin ötürülməsi üzərində işləməyə hazırıq”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avazada keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündə çıxışı zamanı bildirib.

 

Ərdoğan, həmçinin, üç ölkə ərazisindən keçən Orta Dəhlizin də böyük əhəmiyyət daşıdığını vurğulayıb:

 

“Bu dəhlizin önəmli bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu ilə tamamladıq. Biz sərhəd keçidləri və gömrük prosedurlarını asanlaşdırmalıyıq. Hər üç ölkənin yük daşıyıcıları üçün rüsumların aradan qaldırılması və ya qiymət endirimlərinin edilməsi ticarət dövriyyəmizi artıracaq”.

 

O qeyd edib ki, tərəflər Türkmənistan təbii qazının Qərb bazarlarına nəqli üzərində işə başlamalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər