Modern.az

Prokuror İmamoğlunun həbsini istədi

Prokuror İmamoğlunun həbsini istədi

14 Dekabr 2022, 14:36

Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun məhkəmə prosesi keçirilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, proses zamanı prokuror hakimdən İmamoğlunun həbs edilməsi barədə qərar çıxarmağı tələb edib.

 

Məlumata görə, dövlət ittihamçısı, həmçinin İstanbul merinin siyasi fəaliyyətlə məşğul olmasının qadağan edilməsi ilə bağlı da oxşar qərarın məhkəmə hökmündə əksini tapmasını istəyib.

 

Qeyd edək ki, Ə.İmamoğlu barəsində Türkiyənin Ali Seçki Komissiyasının üzvlərini təhqir etməsi iddiası ilə cinayət işi açılmışdı. Hazırda iş üzrə məhkəmə prosesi davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər