Modern.az

Kamikadze özünü partlatdı - Ölən və yaralananlar var

Kamikadze özünü partlatdı - Ölən və yaralananlar var

Dünya

15 Dekabr 2022, 10:11

Pakistanda terror aktı törədilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Şimali Vəziristan vilayətinin Miranşah şəhərində baş verib.

 

Kamikadzenin özünü partlatması nəticəsində biri hərbçi, digəri mülki şəxs olmaqla, 2 nəfər həyatını itirib.

 

Hadisə nəticəsində, həmçinin 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb və tibbi müdaxilə olunub.

 

Terror aktını hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Araşdırmaların davam etdirildiyi qeyd edilib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?