Modern.az

Putin Belarusa gedəcək - Lukaşenko ilə görüşəcək

Putin Belarusa gedəcək - Lukaşenko ilə görüşəcək

Dünya

16 Dekabr 2022, 10:08

Rusiya prezidenti Vladimir Putin Belarusa səfər edəcək.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, səfər 19 dekabr tarixində baş tutacaq.

 

Putinin Minsk şəhərində yüksək səviyyədə qarşılanma mərasimindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüş keçirməsi planlaşdırılıb.

 

Bildirilib ki, görüş zamanı iqtisadi məsələlər, təhlükəsizlik siyasəti, həmçinin beynəlxalq çağırışlara birgə reaksiya verilməsi ilə bağlı mövzular müzakirə ediləcək.

 

Görüşlərin həm təkbətək, həm də geniş tərkibdə keçirilməsi nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU