Modern.az

“Biz hakimiyyətə gələndə ölkə böhran içində idi” - Ərdoğan

“Biz hakimiyyətə gələndə ölkə böhran içində idi” - Ərdoğan

16 Dekabr 2022, 16:42

Türkiyə hər sahədə dünya ilə rəqabət aparacaq.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Silivri qaz anbarının açılış mərasimində çıxışı zamanı deyib.

 

"Biz hakimiyyətə gələndə böhran içində, çəkişmələrin, davaların içində olan bir Türkiyə vardı. 20 illik fəaliyyətimizlə çalışdıq ölkəmizi ən üst liqaya girəcək bir dönəmə gətirdik. Ölkəmiz hər sahədə dünya ilə rəqabət edəcək. Bu hədəfimizi ictimaiyyətlə paylaşmışıq", - deyə Türkiyə prezidenti bəyan edib.

 

Ərdoğan, həmçinin təmirdən sonra açılışında iştirak etdiyi anbarın Avropanın ən böyük qaz anbarı olacağını vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?