Modern.az

Bolqarıstan spikeri Türkiyəyə gələcək

Bolqarıstan spikeri Türkiyəyə gələcək

Dünya

19 Dekabr 2022, 10:12

Bolqarıstan parlamentinin sədri Vejdi Raşidov Türkiyəyə səfər edəcək.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfər bu gün baş tutacaq.

 

Bildirilib ki, səfər çərçivəsində Raşidov türkiyəli həmkarı, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşəcək.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

 

Tərəflərin daha sonra birgə mətbuat konfransı keçirməsi planlaşdırılıb.

 

Qeyd edək ki, V.Raşidov Bolqarıstandakı türk icmasının nümayəndələrindəndir. Əvvəllər ölkənin mədəniyyət naziri postunu tutmuş siyasətçi bu ilin oktyabrından Bolqarıstanın qanunverici orqanına başçılıq edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər