Modern.az

Qətərdə stadiona daxil olmaq istəyən aktivistlər saxlanıldı

Qətərdə stadiona daxil olmaq istəyən aktivistlər saxlanıldı

Dünya

19 Dekabr 2022, 10:42

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final matçı zamanı meydançaya daxil olmağa çalışan aktivistlər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

 

Bildirilib ki, saxlanılanlar “Pussy Riot” qrupunun üzvləri olub.

 

Onlar Rusiya-Ukrayna müharibəsinə, Aleksey Navalnının həbsinə etiraz əlaməti olaraq, həmçinin İrandakı aksiyalarda qadın hüquqlarının müdafiəsini bəyan etmək məqsədilə meydançaya daxil olmağa cəhd ediblər.

 

Ümumilikdə 3 aktivistin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər