Tehran hakimiyyəti İran körfəzində tankeri saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə İran mətbuatında məlumat yayılıb.
Məlumata görə, tankerdəki 12 ekipaj üzvü həbs olunub. Tankerdə 330 min litr yanacağın qaçaq yolla daşındığı iddia edilir.
Hadisənin detalları ilə bağlı ətraflı məlumat verilməyib.