Modern.az

Fransada futbol iğtişaşları - 227 nəfər saxlanıldı

Fransada futbol iğtişaşları - 227 nəfər saxlanıldı

Dünya

19 Dekabr 2022, 14:12

Fransa polisi dünya çempionatının finalından sonra baş verən iğtişaşlar zamanı 47-si Parisdə olmaqla 227 nəfəri saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı “Figaro” qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.


Qəzet yazır ki, Argentinanın Fransaya qalib gəldiyi dünya çempionatının finalından sonra Paris və bəzi digər şəhərlərdə qarşıdurmalar baş verib.
 

Fransa millisinin məğlubiyyətindən sonra aqressiv azarkeşlər hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. Polis meydana toplaşmış azarkeşləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.


Lion, Bordo və Nitsa şəhərlərində də həbslər aparılıb.
 

Bazar günü, dekabrın 18-də Qətərdə futbol üzrə dünya çempionatı başa çatıb. Argentina millisi tarixində üçüncü dəfə dünya çempionu olub. Turnirin finalında argentinalılar fransızlara qalib gəliblər (penaltilərdə 3:3; 4:2).

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər