Modern.az

Rusiya və Belarus XİN başçısı görüşdü

Rusiya və Belarus XİN başçısı görüşdü

Dünya

19 Dekabr 2022, 14:24

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun paytaxtı Minsk şəhərinə səfəri çərçivəsində bu ölkənin XİN başçısı Sergey Aleyniklə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi “BELTA” agentliyi məlumat yayıb.

 

Görüşdə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar, iqtisadi-ticarət məsələləri müzakirə olunub. Beynəlxalq arenada qarşılıqlı birgə fəaliyyət və icra olunan ortaq layihələr barədə fikir mübadiləsi aparılıb.

 

2023-cü ilin yanvar ayının ikinci yarısında Rusiya və Belarus XİN-lər arasında həmkarların birgə toplantısının keçirilməsi razılaşdırılıb.

 

Qeyd edək ki, bu gün Minskdə, həmçinin Rusiya və Belarus dövlət başçılarının görüşü keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər