Modern.az

Qadınların əzminə heyran olmamaq mümkün deyil - Ərdoğan

Qadınların əzminə heyran olmamaq mümkün deyil - Ərdoğan

Dünya

19 Dekabr 2022, 16:32

"Biz hər zaman qadınların yanındayıq".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "Qadın Əməyi Zirvəsi" adlı tədbirdə çıxışı zamanı deyib.

 

"Biz çalışan, yaradan, yaşamaq üçün olduğu qədər də yaşatmaq üçün səy göstərən bütün qadınların hər zaman yanındayıq. Bu vaxta qədər peşə öyrənmə istəyən 45 min qadına dəstək olduq. Bu çərçivədə elə hekayələr ortalığa çıxdı ki, qadınlarımızın əzminə heyran olmamaq mümkün deyil. Ölkəmizin demokratiya addımlarının hamısında olduğu kimi, 20 illik islahatlarda da qadınların əməyi var", - deyə Ərdoğan söyləyib.

 

"Qadınları yox sayan toplum gücünün yarısından imtina edib", - Türkiyə prezidenti əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər