Modern.az

“Pfizer” vaksini uşaqlara da vurulacaq

“Pfizer” vaksini uşaqlara da vurulacaq

19 Dekabr 2022, 17:15

Fransada "Pfizer-BioNTech" vaksinlərinin uşaqlara da vurulmasına başlanacaq.

 

Modern.az "France Info"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Səhiyyə Şurası qərar qəbul edib.

 

Bildirilib ki, bundan sonra 6 aylıq və 4 yaş arasındakı yaş qrupuna düşən uşaqlar da bu vaksinlərlə peyvənd olunacaq.

 

Qeyd edək ki, bu vaxta qədər koronavirusdan Fransada 106 359 nəfər həyatını itirib. 54 619 988 nəfər isə ən azı bir doza vaksin vurdurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?