Modern.az

Sentyabr döyüşlərində 224 erməni hərbçi ÖLÜB

Sentyabr döyüşlərində 224 erməni hərbçi ÖLÜB

Dünya

19 Dekabr 2022, 17:52

Sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüşlər zamanı erməni tərəfinin qurbanlarının sayı 224 nəfərdir.

Modern.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib ki, bütün 224 qurbanın hamısının şəxsiyyəti müəyyən edilib və meyitlərin tanınma prosesi başa çatıb.


“Hər bir qurbanın hansı şəraitdə öldüyünü öyrənmək və qiymət vermək üçün çoxşaxəli araşdırma aparılır”, - deyə Qor Abramyan bildirib.
 

Oktyabrın 14-də MDB Dövlət Başçıları Şurasının iclası zamanı baş nazir Nikol Paşinyan sentyabr döyüşlərində ölənlərin sayının 210-dan çox olduğunu, yaralananların sayının 300-ü keçdiyini və itkin düşən hərbçilərin sayının 28 nəfər olduğunu bildirmişdi.

Noyabrın 29-na olan məlumata görə, Azərbaycan 156 meyiti Ermənistana qaytarıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər