Modern.az

Sunak Rusiya ilə danışıqları mənasız sayır

Sunak Rusiya ilə danışıqları mənasız sayır

Dünya

19 Dekabr 2022, 18:17

Böyük Britaniyanın baş naziri Rişi Sunak tərəfdaş ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyaları genişləndirməyə çağırıb. 

 

Modern.az xəbər verir ki, bu barədə o, Birləşmiş Ekspedisiya Qüvvələrinin Riqada keçirilən sammitində danışıb.

 

Onun sözlərinə görə, Rusiya ordusu Ukraynada olduğu müddətdə Moskva ilə Kiyev arasında danışıqlar baş tutmayacaq.

 

“Bizə aydın olmalıdır ki, Rusiyanın hər hansı birtərəfli atəşkəs çağırışı hazırkı kontekstdə tamamilə mənasızdır. Düşünürəm ki, bu, yalançı çağırış olacaq. Bundan Rusiya öz qoşunlarını yenidən toplamaq və gücləndirmək üçün istifadə edəcək. Qoşunları zəbt etdikləri ərazilərdən çıxarmayana qədər real danışıqlar aparıla bilməz”, - deyə Sunak qeyd edib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər