Pakistanın Bəlucistan əyalətində bazarlardan birində yanğın baş verib. Yanğına qaz balonunun partlaması səbəb olub.
Modern.az xəbər verir ki, partlayış nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb.
İlkin məlumata görə, hadisə zamanı 4 mağaza və 12 avtomobil yanıb.