Modern.az

Rusiyada hərbçilərin sayı 30% artırılacaq - Putin razılaşdı

Rusiyada hərbçilərin sayı 30% artırılacaq - Putin razılaşdı

21 Dekabr 2022, 20:39

Rusiya müdafiə naziri Sergey Şoyqu ölkənin silahlı qüvvələrinin sayının 30%-dən çox artırılmasını təklif edib.

 

Modern.az xəbər verir ki, o, silahlı qüvvələrin 1,15 milyon nəfərdən 1,5 milyona qədər artırılmasının lazım olduğunu bildirib.

 

Şoyqunun sözlərinə görə, hərbçilərdən 695 000-i məcburi hərbi xidmət keçən çağırışçılardan fərqli olaraq peşəkar müqaviləli əsgərlər olmalıdır.

 

Nazir, həmçinin hərbi xidmət yaş həddinin artırılmasını təklif edib.

 

Müdafiə Nazirliyində keçirilən toplantıda çıxış edən Rusiya Prezidenti Vladimir Putin Şoyqunun təklifləri ilə razılaşdığını vurğulayıb.

 

Qeyd edək ki, ABŞ və Qərbdən olan hərbi analitiklər Ukraynada 10 ay ərzində on minlərlə rus əsgərinin öldüyünü bildirir. 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər