ABŞ Senatı Linn Treysinin Rusiyaya səfir təyin edilməsinə razılıq verib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Konqresdəki çıxışından əvvəl senatorlar Treysinin səfir təyinatını müzakirə ediblər.
Bundan öncə ABŞ-ın Ermənistanda səfiri olmuş Treysinin Rusiyaya təyinatını 93 senator dəstəkləyib. Respublikaçı senatorlar Rand Pol və Mayk Lidən qərarın əleyhinə səs verib. Beləliklə, Treysi ABŞ-ın Rusiyada səfiri vəzifəsini icra edən ilk qadın olacaq.
Xatırladaq ki, Zelenski bu gün ABŞ-a səfər edib. O, ABŞ Prezidenti Co Baydenlə görüşəcək və Koqresə müraciət edəcək. Zelenskinin səfəri ərəfəsində Vaşinqton şəhəri Ukrayna bayraqları ilə bəzədilib.
Akif İsmayılov