Modern.az

BMT-də Çin və Türkiyə rəsmiləri arasında qarşıdurma

BMT-də Çin və Türkiyə rəsmiləri arasında qarşıdurma

Dünya

22 Dekabr 2022, 10:36

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) toplantısında Çin və Türkiyə nümayəndələri arasında qarşıdurma olub.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Suanq Türkiyə tərəfinin ünvanına ittihamlar səsləndirib.

 

Türkiyəni Suriyanın şimalına hava zərbələri endirməkdə və quru əməliyyatı keçirməklə təhdid etməkdə günahlandıran Çin diplomatı bu cür addımlara dərhal son verməyə çağırıb.

 

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlunun Çin nümayəndəsinə cavabı özünü çox gözlətməyib. Çinin ittihamlarına sərt reaksiya verən Sinirlioğlu heç bir ölkənin Türkiyəyə dərs verməyə haqqı olmadığını söyləyib:

 

"Bu gün burada eşitdiyimiz və sərhədlərimizi, xalqımızı qoruyarkən nəyi edib-etməyəcəyimizi bizə öyrətmək barədə özündə hüquq olduğunu hesab edən açıqlamaları rədd edirik. Türkiyənin terrorla mübarizə sahəsində qərarlılığı sarsılmazdır. Heç bir ölkə bizə dərs verə bilməz".

 

Sinirlioğlu İŞİD terroru ilə mübarizə adı altında PKK/YPG kimi başqa bir terror təşkilatını dəstəkləməyin məntiqə uyğun olmadığını diqqətə çatdırıb: "Təkcə son 2 il ərzində PKK/YPG-nin hücumları nəticəsində 500 dinc və mülki suriyalı həyatını itirib".

 

Qeyd edək ki, Çin Xalq Respublikasının Sintszyan-Uyğur muxtar rayonunda yerli türk-müsəlman uyğur əhalisinə qarşı törətdiyi insan haqları pozuntuları barədə beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında məlumatlar yer alıb. İnsanların müxtəlif düşərgələrə toplanaraq işgəncə edildiyi, rəsmi ideologiyaya uyğun olaraq assimilyasiya edildiyi barədə faktlar var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər