Modern.az

Tayvanda güclü zəlzələ oldu

Tayvanda güclü zəlzələ oldu

Dünya

22 Dekabr 2022, 11:58

Tayvan adasında güclü zəlzələ baş verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, adanın cənub-şərqindəki Taytunq şəhərindən 28.8 kilometr məsafədə qeydə alınan təbiət hadisəsi digər şəhərlərdə də hiss edilib.

 

Rixter şkalası ilə 5.2 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 7.2 kilometr dərinliyində yerləşib.

 

Ölən və yaralananlarla bağlı hər hansı məlumatın olmadığı bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər