Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanda Taliban hakimiyyətinin qadınların təhsil hüququndan məhrum edilməsi ilə bağlı qərarını şərh edib.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazir bu barədə yəmənli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
"Əfqanıstanda qızlara qarşı təhsil qadağası bizləri dərindən kədərləndirdi. Ciddi bir narahatlıq mənbəyindən söhbət gedir. Qərar nə islami, nə də insanidir. Belə bir qadağanı rədd edirik", - Çavuşoğlu bəyan edib.
Qeyd edək ki, 2021-ci ilin avqustundan bəri Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban qruplaşması qızların və qadın müəllimlərin təhsil müəssisələrinə daxil olmasını qadağan edib.