Modern.az

Rusiya XİN: Mirzoyan üçtərəfli görüşdən imtina edib

Rusiya XİN: Mirzoyan üçtərəfli görüşdən imtina edib

22 Dekabr 2022, 15:30

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə iştirak etməkdən imtina edib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

Bildirilib ki, sözügedən görüş sabaha planlaşdırılmışdı və orada sülh müqaviləsinin hazırlanması istiqamətində müzakirələr nəzərdə tutulmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər