Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-da keçirilən Bayden-Zelenski görüşünə münasibət bildirib.
Modern.az TASS-a istinadən xəbər verir ki, XİN rəsmisi bu barədə bu gün keçirdiyi ənənəvi brifinqdə danışıb.
"Bayden və Zelenski arasındakı danışıqlar onu göstərir ki, onlar sülhə hazırlaşmırlar. Əksinə, Ukraynada hərbi əməliyyatların davam etdirilməsinə kökləniblər", - Zaxarova deyib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə xaricə səfər edərək ABŞ-a getmiş, Vaşinqtonda ölkə başçısı Co Baydenlə görüşmüşdü.