Modern.az

Şoyqunun cəbhə xəttinə səfərinin təfərrüatı AÇIQLANDI

Şoyqunun cəbhə xəttinə səfərinin təfərrüatı AÇIQLANDI

22 Dekabr 2022, 15:57

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ilə aparılan müharibənin cəbhə xəttindəki hərbi hissələrdə olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.


"Sergey Şoyqu hərbi hissələrin müvəqqəti dislokasiya məntəqələrində şəxsi heyətin və hərbi texnikanın yerləşdirilməsi üçün şəraiti yoxlayıb. Bölmə komandirlərini dinləyən zaman Sergey Şoyqu müharibə zonasına cəlb edilmiş qoşunların hərtərəfli təminatı sahəsində təşkilatlanmaya xüsusi diqqət yetirib”, - Müdafiə Nazirliyi bildirib.

Səfər çərçivəsində müdafiə naziri hərbi hissələrin mövqe ərazilərinə, şəxsi heyətin yerləşdirilməsi və qızdırılması şəraitinə, o cümlədən yeməklərin hazırlanması və qidalanmasına, tibbi şəraitə də baxıb.

Şoyqu tapşırıqları nümunəvi yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib.


“Cəbhə xəttində Sergey Şoyqu hərbi qulluqçularla söhbət edib, onların əhval-ruhiyyəsilə maraqlanıb və xüsusi hərbi əməliyyat zamanı tapşırıqları nümunəvi yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib", - rəsmi açıqlamada qeyd olunub.


Cəbhə xəttində işlər başa çatdıqdan sonra nazir hərbçiləri qarşıdan gələn Yeni il münasibətilə təbrik edib və onları təlaşa düşməməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər