Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə təmsil olunmayan müxalifət partiyalarının sədrləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, görüşdə Respublika Partiyasının sədri Aram Sarkisyan, Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan və Xristian-Demokrat Partiyanın sədri Levon Şirinyan iştirak ediblər.
Görüş zamanı ölkədəki siyasi vəziyyətin və digər məsələlərin müzakirə edildiyi qeyd olunub.