Modern.az

Putin “Şimal axını”na hücumu terror adlandırdı

Putin “Şimal axını”na hücumu terror adlandırdı

23 Dekabr 2022, 01:09

Rusiya prezidenti Vladimir Putin “Şimal axını”na hücumun maraqlı dövlətlərin dəstəyi ilə təşkil edildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Putin hücumları terror aktı kimi təqdim edib.

 

“Bu, terror aktıdır. Hadisə göz qabağındadır və bunu hamı etiraf edib. Bu, beynəlxalq, həm də deyərdim ki, dövlət terrorizmidir", - Rusiya lideri deyib.

 

O hesab edir ki, dövlət strukturlarının dəstəyi olmadan heç kim bu təxribatı təşkil edə bilməz: “Belə hallarda onlar adətən deyirlər: “Görün kimə maraqlıdır”.

 

Xatırladaq ki, sentyabrın 26-da “Nord Stream AG” şirkəti “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində dağıntıların baş verdiyinə dair məlumat yayıb. Dağıntı və sızmalara səbəb olan partlayışlar eyni anda İsveç və Danimarkanın sahil sularında, Baltik dənizinin dibindən keçən 4 fərdi qaz borusunda baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər