UEFA Rusiyada gənclərdən ibarət komandalar üçün beynəlxalq turnir təşkil edir.
Modern.az-ın məlumatına görə, bununla bağlı UEFA və Rusiya Futbol İttifaqı 2023-cü ilin mayında beynəlxalq turnirin keçirilməsi ilə bağlı razılığa gəlib.
Yarış Volqoqradda keçiriləcək. Turnirin keçirilməsi ilə bağlı UEFA ilə bir neçə ay əvvəl razılığın əldə olunduğu bildirilib.
Xatırladaq ki, 2022-ci il fevralın 28-də UEFA və Beynəlxalq Futbol Federasiyası (FİFA) siyasi vəziyyətə görə Rusiya millisinin və klublarının onların himayəsində olan turnirlərdə iştirakını dayandırıb.